All our direction

SHOW ALL

18 May 2016

1 Kart üçün Brendinq və Reklam kampaniyası

Kapital Bank Azərbaycanda özündə müxtəlif kartların funksiyalarını birləşdirən ilk və yeganə plastik kartın dizaynı və reklam kampaniyasının hazırlanması üçün bizə müraciət etdi.

Bizim məqsədimiz məhsulun unikallığını və funksiyalarını dizaynda və reklam kampaniyasında göstərmək idi.

Bu kartın əsas xüsusiyyəti maaş, pensiya, taksit, kredit, depozit, bonus və debet funksiyalarınının bir kartda cəmlənməsidir. Bəli, bir kartda! Bu xüsusiyyət bizə adı seçməkdə yol göstərdi və beləliklə “1kart” yarandı. Bundan başqa, “1” rəqəmi ilk və yeganə olmağı da simvolizə edir ki, bu da məhsulun bazardakı unikallığı deməkdir. 

Azərbaycandakı bütün plastik kartlardan fərqli olaraq, “1 kart”ın üzərindəki təsvirlər və yazılar vertikaldır və bununla biz məhsulun unikallığını bir daha önə çəkmiş olduq.

Kartın dizaynı çox sadədir: 1 rəqəmi və onu dəstəkləyən korporativ naxışlı fon. Dizaynda Kapital Bankın korporativ üslubundan istifadə olunub və bu üslubu bütün elementlərdə görmək mümkündür.

hide

hide

Unikallıq. Dilimizdə bu anlayışı izah etmək üçün gözəl bir ifadə mövcuddur: “Səndən bir dənədir”. Biz də “1kart”ın üçün “Səndən 1 dənədir” sloqanını təklif etdik. Hazır məhsul bazara çıxarılmamışdan öncə onun tizer kampaniyasını həyata keçirdik. Bunun üçün “Səndən 1 dənədir” sloqanı altında çöl reklamları və sosial şəbəkə üçün əyləncə platforması hazırladıq.

hide

hide

Qısa müddət ərzində tizer kampaniyası yüz minlərlə insanda məhsul haqqında ilkin təəssüratlar və maraq oyatdı, sosial şəbəkələrdə “Səndən 1 dənədir” sertifikatları bir çoxlarına sevinc və əyləncə dolu anlar yaşatdı.

hide

 

Aprel ayının 29-da Kapital Bank “1kart”ı geniş ictimaiyyətə təqdim etdi. Məhsulun təqdimatı komandamızın hazırladığı veb-sayt, çöl reklamları, çap materialları, sosial media postları və TV reklam çarxıyla da dəstəkləndi. 

hide

Beləliklə, “1kart” milyonlarla Kapital Bank müştərisinə rahatlıq və unikallıq gətirmək üçün işə başladı.

 




























11 May 2016

BP Azerbaijan şirkəti üçün "Compass" jurnalının Yaz 2016 buraxılışı

PREV

07 June 2016

BP Azerbaijan şirkətinin “23-cü Beynəlxalq Neft və Qaz sərgisi” üçün olan stendi

NEXT

Oxşar layihələr

23 October 2012

Central Business School üçün loqo və korporativ üslub

08 July 2009

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin 90 illik yubileyi üçün hazırlanmış emblem

26 April 2012

TurnEast Construction şirkəti üçün loqo və korporativ üslub

04 May 2008

AG Bank üçün loqotip və korporativ üslub

20 May 2009

Avrositi Holding üçün loqotip və korporativ üslub