R.I.S.K şirkəti üçün “Effektiv fikirlər” 2013 ilin təqvimi

R.I.S.K. informasiya texnologiyaları sahəsində ixtisaslaşan və 17 ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətidir. Layihənin əsas məqsədi şirkətin 20 illik yubileyinə həsr olunmuş korporativ təqvimin yaradılması ilə bərabər, həm də bu təqvimin şirkətin biznes əməliyyatlarının miqyasını uğurla nümayiş etməsi və müştərilər tərəfindən digər şirkətlərin Yeni İl ərəfəsində göndərdikləri təqvimlərdən seçilməsi idi.

JIS-in yaradıcı heyəti uğurlu ideyaların 20 il ərzində həyata keçirilməsini qürurla qeyd etmək məqsədilə sifarişçi şirkətin “Biz Sizin biznesinizi daha effektiv edirik” şüarı əsasında təqvimi hazırlamaq qərarına gəldi.

Biz hər səhifəsi fərqli formada olan bir təqvim hazırladıq. Səhifələrdəki mətnlərdə R.I.S.K. şirkəti tərəfindən yaradılmış innovasiyalar və dünya üzrə olan kəşflər arasında paralelləri əks etdirdik.

Şəkillərdə həcm effekti yaratmaq üçün biz çapda istifadə olunan damğalama və qaldırma üsullarından istifadə etdik.

Nəticə: R.I.S.K. şirkəti öz müştəriləri tərəfindən bir çox müsbət rəylər aldı və daha sonra əlavə tiraj sifariş etmək üçün bizə müraciət etdi.

d.jpg
d1.jpg
d2.jpg
d3.jpg
d4.jpg
d5.jpg
d6.jpg
d7.jpg
Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]