Biz şirkətin özü kimi lakonik və çoxfunksional vebsayt hazırladıq.
Broşür şirkətin həyata keçirəcəyi planları təsvir edir və R.I.S.K. şirkətini gələcək barədə düşünən bir qurum olaraq qələmə verir.
"Gələcək haqqında nə fikirləşirsiniz?" sualının iri həcmli hərfləri yaxın gələcəyin trendlərini özündə əks etdirən təsvirlərdən hazırlanmışdır.
"Think Forward" konseptinə uyğun olaraq biz həm də insanların gələcək enerji, texnologiya, gündəlik həyatları ilə bağlı düşüncələrini əks etdirən təqvim hazırladıq.
“Think Forward” bizim agentlik tərəfindən işlənib hazırlanan və R.I.S.K.-in mövqeyini əks etdirən bir konseptdir. “Think Forward” fəlsəfəsi daha uğurlu gələcəyə doğru addımlayan hər bir şirkətin riayət etməli olduğu ana xəttdir.
Bizim məqsədimiz AzerCosmos şirkəti üçün Novruz bayramına açıqca hazırlamaq idi. Bu açıqca yenicə kosmosa buraxılmış milli peyklə əlaqədar olmalı idi.
R.I.S.K. informasiya texnologiyaları sahəsində ixtisaslaşan və 17 ölkədə fəaliyyət göstərən Azərbaycan şirkətidir.
R.I.S.K. şirkəti üçün Yeni il açıqcası və hədiyyə paketi hazırladıq.
İzləyiciyə çatdırılacaq əsas mesaj R.I.S.K.-in qlobal şirkət olmasıdır. Bunun üçün təqvimin hər səhifəsində R.I.S.K.-in fəaliyyət göstərdiyi ölkələrdə yerləşən UNESCO Dünya Mədəniyyəti Mirasları nümunələri göstərilib.
R.I.S.K. şirkəti IT konsaltinq, sistem inteqrasiyası, IT-autsorsinq, proqramların hazırlanması və coğrafi məlumat sistemləri sahəsində müxtəlif həlləri təqdim edir.