4 məhsulu bir brend altında birləşdirən Teleport.az saytını yaratdıq. İnternet, televiziya, TV app və onlayn mağaza.
Teleport vebsaytın yaradılması üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz istifadəçinin qoşulma üçün sifarişi göndərməsi, ödəniş etməsi və lazımi məlumatı əldə etməsini asanlaşdıracaq interfeysin hazırlanması idi.
Bazara yeni daxil olan Teleport provayderi loqotipin və korporativ üslubun yaradılması üçün bizə müraciət etdi. Sərhədsiz imkanlar konsepsiyasını əsas götürərək teleportasiya prosesini ifadə etmək üçün "Möbius lenti" formasında olan keçid qapısından istifadə olunmuşdur.