500-dən çox layihə. Hər gün siz bizim layihələrimizlə rastlaşırsınız.
Tapşırığımız, yeni PAŞA Holding vebsaytının yenidən dizayn edilməsi və hazırlanması idi. Vebsayt bütün istifadəçilər üçün yararlı və anlaşılan olmalı, həmçinin, tərtibat və dizaynda ən yaxşı dünya təcrübələrinə uyğun olmalıdır.
Tapşırıq, istifadəçilərin asanlıqla bonuslar toplayıb, mağazalar haqqında məlumat ala biləcəyi bir mobil əlavə yaratmaq idi.
Logo üçün sünbülü stilizə etdik. Yaşıl və sarı rənglərin birləşməsi isə təbiətin simvoludur.
Insayt fikirdir, bir anlayışdır, yenidən düşünməkdir.
Saytda hər brend üçün 5000-dən çox məhsul var. Məhsulların axtarışını asanlaşdıran və daha sürətli edən filtrlər və kateqoriyalar yaratdıq: qadınlar, kişilər, uşaqlar, ətirlər, aksesuarlar, paltarlar və s.
Bank xəbərlərinin daha maraqlı və interaktiv şəkildə paylaşılması üçün "hekayələr" bloku yaratdıq.
İndi əsas səhifədə şirkət və onun xidmətləri, müştəriləri və komandası haqqında tam məlumat ala bilərsiniz.
İstifadəçi təcrübəsini necə optimallaşdırdıq və qeydiyyat sayını 400%, dövriyyəni 104% artırdıq.
Tapşırıq daha rahat, sürətli, sadə və istifadəçilərin demək olar ki, istənilən sualına cavab verə bilə yeni vebsayt yaratmaq idi.
Artıq müştərilər supermarketin yeni kampaniya və aksiyaları, bonus kartının üstünlükləri və bütün mağazaların yeri barədə məlumat əldə edə bilərlər.
Jeykhun Imanov Studio Heydər Əliyev Bakı Beynəlxalq Hava Limanının yeni vebsaytını yaratdı.
Pasha Insurance saytın yenilənməsi üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz şirkətin 3 əsas xidmətinin vizual olaraq bir-birindən ayıraraq istifadəçilər üçün rahat naviqasiyadan istifadə etməyə imkan verən sayt yaratmaq idi.
“Bank of Baku” bizə dünya praktikasında geniş istifadə olunan taksit kartlarından birincisinin Azərbaycanda tətbiq olunması ilə bağlı müraciət etdi. Məqsədimiz ilk taksit kartının Azərbaycanda işə düşməsi ilə əlaqədar brendin atributlarının yaradılması (personaj, sloqan, rənglər) və reklam kampaniyasını hazırlamaq idi.
Ölkənin ən mühüm strateji obyektlərindən biri olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bir neçə il öncə yeni terminalını səyahətçilərin üzünə açmışdı. Müştərilərinə daha da mükəmməl xidmət göstərmək üçün rəhbərlik hava limanının saytını yeniləmək üçün bizə müraciət etməyə qərar verdi.
Kapital Bank Azərbaycanda özündə müxtəlif kartların funksiyalarını birləşdirən ilk və yeganə plastik kartın dizaynı və reklam kampaniyasının hazırlanması üçün bizə müraciət etdi.
Dünyanın ən köklü şirkətlərindən biri olan BP Azerbaijan Azərbaycanda artıq 25 ildir ki, fəaliyyətdədir. Ölkənin iqtisadi həyatında oynadığı önəmli rol ilə yanaşı BP Azerbaijan sosial layihələrdə də aktiv şəkildə iştirak edir. Jeykhun Imanov Studio və BP Azerbaijan-ın işbirliyi 2005-ci ildən başlayıb.
Nar Mobile və Ali&Nino kitab mağazaları şəbəkəsi “Turbo” internet paketlərini aldıqda istənilən kitaba 40%-dək endirim qazandıran kampaniyaya başladı.
Bizim məqsədimiz bankın əsas məhsulu olan Miles Card-larla bağlı istifadəçilərə geniş informasiya verən və bu kartların sifarişini çox rahat prosesə çevirən bir sayt hazırlamaq idi.
“Think Forward” bizim agentlik tərəfindən işlənib hazırlanan və R.I.S.K.-in mövqeyini əks etdirən bir konseptdir. “Think Forward” fəlsəfəsi daha uğurlu gələcəyə doğru addımlayan hər bir şirkətin riayət etməli olduğu ana xəttdir.
Norm Sement bazara yeni daxil olan, zavod və istehsalatını alman texnologiyası üzərində quran yeni şirkətdir. Biz brendin tanınmağı və məhsulun üstünlüklərinin ön plana çıxarılması üçün bir kommunikasiya yaratmalı idik.