Biz kreditin alınmasının əsas məqsədinin insanların ürəyindən keçənləri etməsi olduğunu əsas götürərək "Ürəyindən keçənlər üçün" adlı reklam kampaniyası hazırladıq.
Kapital Bank Yeni il ərəfəsində reklam kampaniyasının yaradılması üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz Kapital Bankdan kredit götürənləri stimullaşdıracaq kampaniyanın yaradılması idi.
Expressbank mikrokreditlər ilə bağlı reklam kampaniyasını yaradılması üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz öz işi olan hər bir biznes sahibinin kredit götürə biləcəyini vurğulamaq idi.
Kampaniya kreditin alınmasından 2 ay sonra ödənişlərin başlamasını nəzərdə tutduğundan biz insanlara həmin anın həzzini göstərməyə çalışdıq.
Biz radioçarxda adi həyat vəziyyətini nümunə götürərək müştərilərə kartın üstünlüklərini izah etməyə çalışdıq.
Biz “Novruz sevincini daha çox yaşa” konsepsiyasını hazırladıq. Beləliklə biz, Kapital Bank tərəfindən Novruz sevincini dəstəklədiyini nümayiş etdirdik
Kampaniyanın məqsədi Expressbank-ın mürəkkəb iqtisadi dövrdə kreditlərin manatla verilməsinə davam etməsi barədə məlumatın qısa müddət ərzində çatdırılması idi.
Biz müxtəlif bizneslərin əlamətləri olan əşyalardan ibarət razılıq nişanəsindən istifadə etdik. Bununla da kreditin verilmə ehtimalının maksimal mümkün olmasını vurğuladıq.
Norm Sement bazara yeni daxil olan, zavod və istehsalatını alman texnologiyası üzərində quran yeni şirkətdir. Biz brendin tanınmağı və məhsulun üstünlüklərinin ön plana çıxarılması üçün bir kommunikasiya yaratmalı idik.
Məqsədimiz Buta Sığorta şirkəti üçün strategiya və brend platforması hazırlamaq idi.
Bank of Baku-nun yeni kampaniyası yazda 10000 AZN-dək kredit götürmək imkanı verir. Bizim məqsədimiz alıcı auditoriyasına pozitiv və aydın ismarıcın göndərilməsi və eyni zamanda növbəti reklam kommunikasiyasının yaradılması idi.
Bank of Baku 2011-ci ilin uğurunu təkrar etmək və 500-dən artıq brendin məhsul və xidmətlərini almağa imkanverən faizsiz Bolkart kredit kartına ikinci nəfəs vermək iddiasındadır.
Məqsədimiz ilk taksit kartının Azərbaycanda işə düşməsi ilə əlaqədar brendin atributlarının yaradılması (personaj, sloqan, rənglər) və reklam kampaniyasını hazırlamaq idi.