Nar Bulud xidməti üçün animasiya çarxı

“Nar” bazara çıxardığı “Nar Bulud” xidməti ilə bağlı animasiya çarxının hazırlanması üçün bizə müraciət etdi.

Bizim məqsədimiz Azərbaycan bazarına daxil olan bu xidmətin hamı tərəfindən rahat anlaşılan dildə olması və izləyicini yormaması idi.

Hər bir iş adamı öz biznesini möhkəm bünövrə üzərində qurmağa çalışır. Uğurlu, etibarlı və təhlükəsiz.

Biznesin inkişafı üçün həmçinin cəsarətli innovasiyalara da ehtiyac var.

Nar, Azərbaycanda ilk dəfə iş adamlarının bütün kommunikasiya ehtiyacları üçün kompleks həll təklif edir. Təklifə mobil rabitə, sabit internet və “Bulud” həlləri daxildir.

Nar-ın Bulud həllərinə elektron poçt, ofis proqramları, müştərək iş və paylaşım tətbiqləri, məlumatların saxlanma bazası, müştərilərlə münasibətlərin, layihələrin, satış və çatdırılmanın idarə olunması, şirkətdaxili sabit və mobil kommunikasiya daxildir.

Bu həllər sayəsində kəsintisiz iş prosesi, bütün proseslərə nəzarət və ən əsası - informasiya texnologiyaları xərclərinin böyük həcmdə azalmasına nail olunacaq.

Nar-ın bu təklifi ilə xərclər optimallaşdırılır, biznes inkişaf edir və çiçəklənir.

Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]