30 October 2006
Bizim məqsədimiz BP Azerbaijan şirkətinin keçmiş prezidenti Devid Vudvordla vida mərasimi üçün konspesiyanın hazırlanması idi.
Biz iki mindən çox işçinin Devid Vudvordla birgə əməkdaşlığa görə ona minnətdarlıqlarını nümayiş etdirməsi üçün bir konsepsiya hazırladıq.
Bunun üçün mərasimin keçirildiyi zalın divarlarını ağ parçayla bəzədik, üzərində ürək sözləri yazılacaq smartbordlar quraşdırdıq və onları divarlara yönəlmiş proyektorlara qoşduq. Real zaman rejimində işçilər ürək sözlərini yazırdılar və bu onların səmimiyyətini vurğulayırdı.