27 July 2015
28 Cinema və Nizami kinoteatrlarında mövcud olan “Nar Zalı”nın tərtibatı bizim şirkətə həvalə olunmuşdu.
Ziyarətçilərin kino aləminə səyahəti giriş qapısından başlayr, zalların tərtibatı və oturacaqlarla davam edir.
Bizim məqsədimiz bu səyahəti hər bir kinoman üçün unudulmaz edəcək və çoxlu fotoşəkil çəkmə istəyi yaradacaq bir zal tərtibatı hazırlamaq idi. Hər iki “Nar Zalı”nın giriş qapısında müxtəlif filmlərdən kinomanların yaxşı tanıya biləcəyi həcmli obyektlər və üzərində isə həmin filmlərin adlarını yerləşdirdik.
Zalda isə hər bir oturacağın arxasında Nar-ın yeni üslubuna uyğun babllardan istifadə edərək kinoulduzların adlarını yerləşdirdik.
Biz həmçinin ziyarətçilərin qaranlıq zalda öz yerlərini rahat tapmaları üçün mövcud sıra nömrələnməsini babl formasında olan fosforlu vinillərlə əvəz etmək qərarına gəldik.