27 July 2015
2015-ci ilin aprelində Nar rebrendinq edərək özünün yeni loqosunu və korporativ üslubunu təqdim etdi.
Bununla əlaqədar olaraq Nar-ın baş ofisində tərtibat işlərini bizim şirkət həyata keçirdi.
Bizim əsas məqsədimiz Nar-ın yeni konsepsiyasına uyğun olan və nəinki ofisdə olan əməkdaşlara, eləcə də ofisə gələn müştərilərə möhkəm birlik içində yaşayan bir ailə fikrini çatdırmaq idi.
Sevgi ilk baxışdan başladığı kimi, şirkət haqqındakı ilk təəssürat da qəbul zalı ilə başlayır. Ona görə də burada elə bir atmosfer yaratamağa çalışdıq ki, hər kəs özünü evdəki kimi hiss etsin.
Dəhlizlər isə əməkdaşların gündəlik həyatından ibarət fotolar, şirkətlə bağlı müxtəlif statistik məlumatlar, dekorativ elementlər və tematik illüstrasiyalarla bəzədildi.