noscript

E-PUL ödəniş sistemi üçün rəqəmsal marketinq

İstifadəçi təcrübəsini necə optimallaşdırdıq və qeydiyyat sayını 400%, dövriyyəni 104% artırdıq.

EPUL layihəsi fərqli cihazlar və rabitə kanalları vasitəsi ilə ödənişlərin edilməsinə imkan yaradan elektron ödəniş sistemidir. 

Bir ildir ki, E-pul üçün marketinq və rəqəmsal marketinq fəaliyyətini idarə etmişik. Bu müddət ərzində çox işlər görülüb.

Əvvəlcədən qabağımızda 3 tapşırıq var idi:
1) İstifadəçiləri saxlamaq
2) Yeni istifadəçiləri cəlb etmək
3) Xərcləri optimallaşdırmaq

Iş prossesi 3 mərhələyə bölündü: dinləmək, yaratmaq, çatdırmaq. İlk mərhələdə bazarı analiz etdik və dataya qulaq asdıq. İstifadəçilərin gedişinə səbəb olan sistemdəki qüsurları tapmaq və onları aradan qaldırmaq üçün çox sayda istifadəçi testi keçirtdik. İstifadəçi yolunda olan maneələri tapmaq üçün istifadəçi təcrübəsi xəritəsi yaratdıq.
Bonus sistemi fikirləşdik və saytda konversiyanı artırdıq.

Daha sonra, aşağıda sadaladığımız yollardan istifadə edərək sayta yeni trafik cəlb etməyə başladıq:
1) SEO
2) İştirakçı əlaqələri
3) Agentlər
4) Tətbiq Mağazaları

Əgər hansısa bir şirkətlə uzun müddət işləyirsinizsə, əvvəlcə iş prinsipləri barədə razılığa gəlməlisiniz. Videoda uğur qazanmaq üçün hansı prinsiplərə riayət etdiyimizi danışırıq.