19 October 2016
Tapşırıq Basis üçün loqo və qablaşdırma hazırlamaq idi. Basis əla növ un brendidir.
Loqoda kiçik bir detal var - məhsulun təravətini və təbiiliyini təsvir edən yarpaq.
Unun təmizliyini, ağlığını və yüksək keyfiyyətini göstərmək üçün qablaşdırma üçün ağ rəngi seçdik. Əl ilə çəkilmiş illüstrasiyalar evdə bişirilmiş dadlı bulkanın təəsuratını yaradır.