17 January 2017
Ofisiant uzaqda belə olsa pulqabındakı yaşıl ikonu görüb ödənişi götürüb-götürməməli olduğunu anlayıb, stola yaxınlaşır və əlavə sual vermədən ödənişi götürür.
Bəzən resotranlarda hesabın ödənilib-ödənilməməsi ilə bağlı ofisiant yaxınlaşmalı olur. Bu istər-istəməz sizdə də diskomfort hissi yaradır. Təklif etdiyimiz yenilikdə ofisiant dəqiq biləcək ki, ödəniş olunub və ancaq o zaman stola yaxınlaşacaq.
Ödəniş etmək üçün təqdim olunan qabın üzərində - "ödəniş et və çevir" sözləri yazılıb. Arxa hissəsində ödənişin həyata keçirildiyi bildirən yaşıl rəngli ikon var. Ofisiant ödənişin həyata keçdiyi rahat şəkildə görür və ancaq bu halda stola yaxınlaşır.