noscript

Qazaxıstanlı Business Application Solutions şirkəti üçün vebsayt

BAS informasiya sistemlərinin tətbiqi sahəsində Qazaxıstan şirkətidir. BAS digər şirkətlərə iş proseslərini hərtərəfli optimallaşdırmağa kömək edir. 11 il ərzində şirkət müştərilər və tərəfdaşlar arasında etibar qazanmışdı.

Şirkətin köhnə vebsaytı çox mürəkkəb və istifadədə heç də rahat deyil idir. Məqsədimiz həm vizual olaraq, həm də funksionallıq baxımından vesbaytı mümkün qədər asanlaşdırmaq idi.

Hərşeydən öncə araşdırma apardıq. Bütün xidmətlər və üstünlükləri bir səhifədə göstərmək istədik ki, istifadəçi şirkət haqqında dərhal tam məlumatı ala bilsin. 

Bunun üçün interaktiv bir şey fikirləşdik. Ekranı rəngli düzbucaqlılara ayırdıq. Şirkətin üstünlükləri rəngli, xidmətləri isə şəkilli fiqurlarda göstərilir. Kursoru üzərinə gətirərkən şəkillər canlanır.

Hər bir xidmətin öz rəngi var. Bu müştəriyə xidmətləri vizual olaraq ayırmağa kömək edir.

Dillər, sosial şəbəkələr və zəng sifariş etmək üçün düyməni göstərən menyunu səhifənin sağ tərəfinə yerləşdirdik. Qeyri-adi və eyni zamanda çox praqmatik görünür.

Ümumiyyətlə, vebsayt sadə və müasirdir - rəngarəng və geometrik.

home_1.jpg
menu.jpg

Ümumiyyətlə, sayt iki növ hədəf auditoriyası üçün yaradılmışdır.
Birincisi, müştərilər və potensial müştərilər üçün. Burada hər istiqamət haqqında asanlıqla məlumat tapa bilərsiniz. Saytda hər hansı bir xidmətin dəyərini hesablaya bilən bir kalkulyator var. Ayrıca, şirkət öz fəaliyyəti haqqında bloq aparır və hətta adi bir insana da maraqlı olacaq təhsil məlumatları təqdim edir.

 

obuchenie-uslugi-i-resheniya-obuchenie.jpg

İkinci növbədə BAS Universitetinin tələbələri üçün. Onlar üçün universitetin cədvəli, xəbərləri və tədbirlər haqqında məlumat təqdim edən ayrı bir vebsayt hazırladıq.

uslugi-i-resheniya-consulting.jpg
about.jpg
iphonex_3.jpg
iphonex2_2.jpg