Ölkənin ən böyük distribütorlarından olan Engin şirkəti 8000-dən çox mağaza və satış nöqtələrinə məhsullarını təqdim edir. Sifarişlər şirkət nümayəndəsinin iştirakı ilə baş versə də, şirkət xidmət səviyyəsinin yüksəldilməsi üçün Elektron Sifariş Platformasının yaradılmasına qərar verdi.
Bizim əsas məqsədimiz bankın korporativ ruhunu qoruyan, amma eyni zamanda fərdi müştərilər üçün də istifadə də rahat olacaq dizayn hazırlamaq idi.
Pasha Insurance saytın yenilənməsi üçün bizə müraciət etdi. Bizim əsas məqsədimiz şirkətin 3 əsas xidmətinin vizual olaraq bir-birindən ayıraraq istifadəçilər üçün rahat naviqasiyadan istifadə etməyə imkan verən sayt yaratmaq idi.
Ölkənin ən mühüm strateji obyektlərindən biri olan Heydər Əliyev adına Beynəlxalq Hava Limanı bir neçə il öncə yeni terminalını səyahətçilərin üzünə açmışdı. Müştərilərinə daha da mükəmməl xidmət göstərmək üçün rəhbərlik hava limanının saytını yeniləmək üçün bizə müraciət etməyə qərar verdi.
Məqsədimiz brendi qloballaşdırmaq idi. Bunun üçün, brendin vebsaytına ikinci həyat verdik.
4 məhsulu bir brend altında birləşdirən Teleport.az saytını yaratdıq. İnternet, televiziya, TV app və onlayn mağaza.
Tapşırıq sıfırdan online mağaza yaratmaq idi. Mağazanın konsepsiyası, adı və sloqanını yaratdıq. Həmçinin, brendin aydentikasını, vebsayt və e-ticarət sistemini hazırladıq.
Şirkətin keçmiş vebsaytının yenilənməsi, onun daha funksional bir platformaya çevrilməsi, istifadədə rahat və müştəriyönümlü olması bizim qarşımızda duran tapşırıq idi.
Bizim məqsədimiz bankın əsas məhsulu olan Miles Card-larla bağlı istifadəçilərə geniş informasiya verən və bu kartların sifarişini çox rahat prosesə çevirən bir sayt hazırlamaq idi.
Bizim məqsədimiz demək olar ki, bütün bank xidmətlərindən onlayn olaraq istifadə oluna biləcək, çoxfunksional bir sayt hazılamaq idi.
Biz sadə, eyni zamanda informativ, fərqli menyu paneli olan bir sayt hazırladıq.