Branding and Advertising Campaign for 1 Kart

Kapital Bank Azərbaycanda özündə müxtəlif kartların funksiyalarını birləşdirən ilk və yeganə plastik kartın dizaynı və reklam kampaniyasının hazırlanması üçün bizə müraciət etdi.

Bizim məqsədimiz məhsulun unikallığını və funksiyalarını dizaynda və reklam kampaniyasında göstərmək idi.

Bu kartın əsas xüsusiyyəti maaş, pensiya, taksit, kredit, depozit, bonus və debet funksiyalarınının bir kartda cəmlənməsidir. Bəli, bir kartda! Bu xüsusiyyət bizə adı seçməkdə yol göstərdi və beləliklə “1kart” yarandı. Bundan başqa, “1” rəqəmi ilk və yeganə olmağı da simvolizə edir ki, bu da məhsulun bazardakı unikallığı deməkdir.

Azərbaycandakı bütün plastik kartlardan fərqli olaraq, “1 kart”ın üzərindəki təsvirlər və yazılar vertikaldır və bununla biz məhsulun unikallığını bir daha önə çəkmiş olduq.

Kartın dizaynı çox sadədir: 1 rəqəmi və onu dəstəkləyən korporativ naxışlı fon. Dizaynda Kapital Bankın korporativ üslubundan istifadə olunub və bu üslubu bütün elementlərdə görmək mümkündür.

birkart-cover.jpg

Unikallıq. Bu konsepsiyanı izah etmək üçün "Səndən 1 dənədir" kimi gözəl bir ifadə var. Və kartın sloqanı üçün bu ifadəni təklif etdik. Bazara girməzdən öncə, biz tizer ampaniyasını həyata keçirtdik və bu məqsədlə "Səndən 1 dənədir" sloqanı ilə açıq reklam və sosial şəbəkələr üçün bir əyləncə platforması yaratdıq.

Branding and Advertising Campaign for 1 Kart2.jpg

Qısa müddətdə tizer kampaniyası yüz minlərlə insanın karta marağını oyatdı. Sosial şəbəkələrdə "Səndən 1 birdənədir"; sertifikatları bir çox insanlara sevinc və əyləncəli anlar yaşatdı.

Daha sonra Kapital Bank "1kartı” ictimaiyyətə təqdim etdi.

Branding and Advertising Campaign for 1 Kart 2.jpeg

Təqdimat vebsayt, xarici reklam, çap məhsulları, sosial media və televiziya reklamları tərəfindən dəstəklənmişdir. Beləliklə, Kapital Bankın milyonlarla müştərisinə rahatlıq və unikallıq gətirmək üçün "1kart" işə başlamışdır.

Branding and Advertising Campaign for 1 Kart3.jpeg
Branding and Advertising Campaign for 1 Kart 4.jpeg
Branding and Advertising Campaign for 1 Kart 5.jpeg
Branding and Advertising Campaign for 1 Kart 6.jpeg
Branding and Advertising Campaign for 1 Kart 7.jpeg
Branding and Advertising Campaign for 1 Kart 8.jpeg
Branding and Advertising Campaign for 1 Kart 9.jpeg
Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]