“Bank of Baku” bizə dünya praktikasında geniş istifadə olunan taksit kartlarından birincisinin Azərbaycanda tətbiq olunması ilə bağlı müraciət etdi.
Məqsədimiz ilk taksit kartının Azərbaycanda işə düşməsi ilə əlaqədar brendin atributlarının yaradılması (personaj, sloqan, rənglər) və reklam kampaniyasını hazırlamaq idi.
Kampaniyalarda istifadə olunacaq personaj və sloqan “Bala-bala ödə”, kampaniyaların ümumi konsepsiyasını hazırladıq, həmçinin kampaniya çərçivəsində TV və radio çarxı, mobil əlavə və vebsayt da studiyamız tərəfindən hazırlandı.
Nəticədə, ilk taksit kartı olan “Bolkart” minlərlə insan tərəfindən istifadə olunmağa başlandı və hal-hazırda da “Bolkart” taksit kartları içərisində liderlik mövqeyini qoruyur.
Bir neçə il sonra Bolkart-larda MasterCard ödəmə sistemi tətbiq olunmağa başlandı.
Bu səbəbdən biz Bolkart istifadəçilərinə bu şad xəbəri çatdırmaq üçün reklam kampaniyası hazırladıq.
Məqsədimiz rahat və istifadəçilərin dərhal məlumatı anlaya biləcəkləri bir reklam kampaniyası hazırlamaq və artıq bütün MasterCard ödəmə sistemli yerlərdə Bolkart taksit kartı vasitəsilə ödənişləri etməyin mümkünlüyü çatdırmaq idi.
Daim yenilənən Bolkart.az saytı istifadəçilərinə yeni funksionallar təqdim edirdi. Saytın dizayn işləri də bizim komandamız tərəfindən hazırlanmışdı.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.