"Araz" supermarketinin 10 illiyi üçün loqo

"Araz" supermarket hal-hazırda ölkəmizin bir çox ərazilərindəki 145 marketi və 6000-dən artıq əməkdaşı ilə müştərilərinin xidmətindədir.

Araz supermarketinin on illik yubileyinə həsr olumuş simvol hazırlanmalı idi. Məqsəd Arazın bu illər ərzində davamlı fəaliyyəti və öz müştərilərinə səmimi xidmətini vurğulamaq idi.

arza-anniversary-logo-jis-case06.jpeg

Simvolun hazırlanmasında "10" ədədini sonsuzluq işarəsi və milli şəbəkə elementləri ilə sintez etdik. "10" ədədinin sadə həndəsi formaları öz kompaktlığı ilə bir növ sadəlik, təvəzökarlıq və gümrahlıq təəssüratı yaradır. "10" ədədindəki sıfırdan qaynaqlanan və şəbəkə elementləri ilə getdikcə toplanaraq sıfırın davamını və nəticədə sonsuzluq işarəsini əmələ gətirir. Bu forma ilə hələ də yolun davam etdiyini vuurğulanır və Araz Supermarketin hələ uzun illər öz müştərilərinə xidmətinin davam etmək ümidini simvolizə edir.

Şəbəkə elementi isə Araz Supermarketin geniş mağazalar şəbəkəsinə malik olduğunu göstərməklə yanaşı həmçinin bu illər ərzində markanın müştərilər arasında doğmalaşmasını da, artıq bir xalq markasına çevrilməsini ifadə edir. İstifadə olunan yaşıl və narıncı rənglər Araz Supermarketin korporativ rəngləri olmaqla, həm də təravət, gülərüzlülük və səmimiyyət təəssüratı yaradır.

arza-anniversary-logo-22.jpeg

Simvol hazırlanandan sonra müxtəlif daşıyıcılar üzərində istifadə edilməsi üçün müştəriyə təqdim olmuşdur. Hazırkı nümunədə loqonun şərti olaraq paket üzərində yerləşməsi göstərilmişdir. Simvol Araz Supermarket loqosu ilə birlikdə yerləşdirilsə də, nisbət olaraq loqodan böyükdür və hadisənin əlamətdarlığını daha çox nəzərə çatdırır.

arza-anniversary-logo-jis-case03-.jpeg

Paket qədər yük maşını da markanın müştəriləri ilə tez-tez rastlaşdığı elementdir. Burada da simvolun nümayişi daha çox müştrərilərin və qeyri-müştərilərin nəzərinə çatmasında böyük rol oynayır.

arza-anniversary-logo-jis-case055.jpeg
Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]