Irshad üçün veb saytı və mobil tətbiq

İrshad ilə əməkdaşlığımız 2019-cu ildə onlar üçün ölkənin ən böyük onlayn mağazasını yaratmaqla başlayıb. Əsas məqsədimiz müştərinin tələblərinə cavab verən istifadəçi yönümlü veb sayt hazırlamaq idi. İşimizdə daim mükəmməl nailiyyətlər əldə etdiymizdən müştəri İrşad mağazalar şəbəkəsinə yeni funksiyalar və xidmətlər əlavə etmək və veb-saytın funksionallığında müvafiq dəyişikliklər etmək üçün bizə müraciət etdi.

a.jpeg
b.jpeg
c.jpeg
f.png
j.png

Ən son layihələrimizdən biri mobil tətbiqin inkişafıdır. Mobil proqram üçün məqsədimiz fiziki olaraq elektronika mağazalarını ziyarət etmək üçün əlverişli alternativ kimi xidmət edəcək sadə, sürətli və istifadəçi yönümlü interfeys yaratmaq idi. Beləliklə, bizim xüsusi komandamız təkcə onlayn alış-verişi asanlaşdıran deyil, həm də fərdiləşdirilmiş hesablar, kreditə əsaslanan alış və ödəniş variantları, bonus sistemi, loyallıq proqramı və İrşad mağazalarında təmir olunan avadanlıqların vəziyyətini izləmək imkanı kimi əlavə funksiyalar təklif edən proqram yaratdı.

в.png
c.jpeg
e.png

İrşad tətbiqinin Azərbaycanda ən çox satış edən tətbiq olduğunu və onun bazarda uğurunu möhkəmləndirdiyini fəxrlə qeyd edirik.

Briefi doldurun
👍

Sorğunuz üçün təşəkkür edirik!

Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.

Əlaqə məlumatları
+994 77 404 99 00
[email protected]