E-manat, 1,500,000 istifadəçisi olan ölkədə ən çox istifadə edilən ödəniş terminallarından biridir.
Lakin, ödəniş sisteminin funksionallığı və dizaynı, eləcə də sistemdəki reklam blokları çox vaxt istifadəçiləri, xüsusən də bu ödəniş üsuluna alışmamış müştərilərini, çaşdırırdı.
Müştəri bizə sadə və istifadəsi asan bir ödəmə sistemi dizaynı hazırlamaq tapşırığı ilə müraciət etdi. Eyni zamanda terminalın funksionallığı və proqram təminatı də dəyişilirdi.
İstifadəçilər tərəfindən sistemdən istifadənin bütün mərhələlərini nəzərə alaraq yeni bir dizayn hazırladıq. Sistemin müxtəlif funksiyalarını fərqləndirmək üçün və ən təcrübəsiz istifadəçi üçün belə mümkün qədər aydınlaşdırmaq üçün fərqli rənglərdən istifadə etdik.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.