Jeykhun Imanov Studio komandası Dövlət Sığorta Şirkəti olan Azərsığorta üçün yeni vebsayt hazırlayıb.
Saytın yaradılmasında əsas məqsədimiz şirkətin genişlənməsi, strukturunda baş verən dəyişikliklər, eləcə də rebrendinq daxil olmaqla bir sıra son dəyişiklikləri əks etdirmək idi.
Biz 4 əsas sığorta növünü əks etdirən aydın və sadə veb sayt hazırlamışıq: nəqliyyat, tibbi, səyahət və əmlak sığortası. Beləliklə, istifadəçi özünə lazım olan sığorta növünü dərhal tapa bilir. Sonra isə seçilmiş növ üzrə onlayn müraciət və ödəniş etmək, həmçinin onlayn kalkulyatordan istifadə etmək imkanı əldə edir.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.