“IKMA” şirkəti Azərbaycanın lift və eskalator bazarının liderlərindən biridir. Həmçinin, dünyaca məşhur olan «KONE» liftlərinin Azərbaycanda və Gürcüstanda rəsmi distribyutorudur.
Müştəri bizə şirkətin fəaliyyətini və icra etdiyi geniş layihə siyahısını aydın şəkildə əks etdirəcək vebsayt hazırlamaq tapşırığı ilə müraciət etdi.
Saytın hazırlanmasında məqsədimiz o idi ki, istifadəçi əsas səhifədən IKMA şirkətinin həyata keçirdiyi bütün layihələri dəyərləndirə bilsin. Buna görə də ana səhifənin çox hissəsini şirkətin portfoliosu tutur.
Yeni veb saytı şirkətin fəaliyyətindən və xidmətlərindən asılı olaraq 2 hissəyə böldük. Bu funksiya istifadəçiyə lazım olan xidməti tez tapmağa kömək edir.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.