Brend strategiyası çərçivəsində Future Lab üçün əsas prinsip — dinamika və transformasiya müəyyənləşdirildi. Şirkət ideyaların və həllərin daim inkişaf etdiyi dəyişkən bir mühitdə fəaliyyət göstərir, buna görə loqotip statik nişan deyil, çevik vizual sistem kimi düşünülüb.
Loqotip tanınma qabiliyyətini qoruyaraq miqyasını, rəngini və formasını dəyişə bilir. Bu, Future Lab-in tədqiqatçı, çevik və davamlı inkişaf edən təbiətini əks etdirir.
Vizual dil hərəkət və inkişafı, düşüncə prosesini və birgə işi, həmçinin rəsmi çərçivələrlə məhdudlaşmayan canlı iş mühitini ifadə edir. Aydentikanın əsasında strukturlaşdırılmış tipoqrafiya ilə sərbəst qrafik elementlərin vəhdəti dayanır. Əlyazma və brush-ştrixlər komandalar daxilində ideyaların yaranmasını müşayiət edən qeydlərə, vurğulara və vizual işarələrə istinad edir.
Aydentika digital, təqdimat və çap materialları daxil olmaqla müxtəlif formatlara asanlıqla uyğunlaşan modul sistem kimi qurulub. Dəqiq tipoqrafiya ilə dinamik qrafika arasındakı kontrast texnoloji yanaşma ilə kreativ düşüncə arasında balans yaradır — bu da Future Lab-in əsas xüsusiyyətidir.
Nəticədə Future Lab zamanla dəyişimi və inkişafı dəstəkləyən, eksperimentlər və birgə düşüncə mədəniyyətini əks etdirən canlı vizual identiklik əldə etdi.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.