Jeykhun Imanov Studio BP Azerbaijan üçün Beynəlxalq Xəzər Neft və Qaz Sərgəsi çərçivəsində stend dizaynını hazırlayıb. Bu il sərginin əsas mövzusu Azəri-Çıraq-Günəşli yatağında təbii qaz hasilat stansiyasının açılışı olub. Buna görə də stenddə şirkətin əsas layihələri və yeni imkanları təqdim olunub. Stendin müxtəlif divarlarında digər aktual təşəbbüslər və nailiyyətlər də nümayiş etdirilib. Ümumi dizayn BP-nin yeni brend üslubuna uyğun şəkildə hazırlanaraq, şirkətin innovasiyalara və yüksək keyfiyyətə sadiqliyini ön plana çıxarıb.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.