Son illər ərzində telefondan istifadə zamanı qəzaya düşən sürücülərin sayı 1%- dən 15%-dək artıb ki, bu da təhlükənin nə qədər böyük olduğunun göstəricisidir. Belə qəzaların sayının azaldılması və sürücülərin bu sahədə maarifləndirilməsi üçün ASA sosial layihənin təbliğatı həyata keçirilməyə başlayıb.
"Maşın sürərkən telefonla oynama. Sənə lazım idi?" mesajı ilə reklam kampaniya yaratdıq. Bundan əlavə, "Facebook qaçmır", "İnstagram qaçmır", "Watsapp qaçmır" kimi köməkçi mesajlar da fikirləşdik.
Çöl reklamla yanaşı, kampaniya geniş şəkildə onlayn da yayımlanmışdır. İstifadəçilər işlətdiyi sosial şəbəkəyə uyğun mesaj alırdı. Məsələn, əgər istifadəçi Facebookda idirsə, o zaman "Facebook qaçmır" mesajı ilə rast gəlirdi.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.