Bakı Şəhər Metropoliteni 6 noyabr 1967-ci il tarixindən fəaliyyətə başlamışdır.
Hər gün şəhər sakinlərinə 22 metro stansiyası xidmət edir. 2013-2014-cü illərdə bir neçə stansiyada əsaslı bərpa işləri aparılmışdır. “Bakı Metropoliteninin İnkişaf Planı”na əsasən 2040-cı ilə qədər Bakıda 70 metro stansiyasının tikilməsi nəzərdə tutulmuşdur.
Lakin loqotip və nümayəndəlik Sovet İttifaqi dönəmindən qalaraq dəyişilməmişdir.
Bizim məqsədimiz loqo və xəritəni yeni, müasir formatda hazırlamaq, bunula belə, şəhər sakinləri üçün uzun illər adət etdikləri təəssüratları qoruyub saxlamaq idi.
Şəhər sakinlərinin qırmızı rəngə əsaslanaraq metrostansiyanı müəyyən etməyini nəzərə alaraq biz loqotipdə qırmızı rəngi saxlamaq qərarına gəldik. Lakin forma baxımından tamamilə dəyişdirərək Bakı Metropoliteninin fərdiliyini əks etdirən loqo yaratdıq.
Həmçinin, şirkətimiz Bakı Metropoliteni üçün 2014-cü ildə fəaliyyətdə olan və 2020-ci ilə qədər fəaliyyətə başlanması nəzərdə tutulan hərəkət istiqamətlərinin sxemini əks etdirən xəritəni hazırlamışdır.
Təşəbbüs studiya tərəfindən verilmişdir. Layihə 2014-cü ilin iyul ayında Bakı Şəhər Metropoliteninə təqdim olunmuşdur.
Ən yaxın zamanda sizinlə əlaqə saxlayacağıq.